Naxçıvanda fəaliyyət göstərən teatrlar yeni mövsümə başlayıblar. Bu münasibətlə keçirilən tədbirdə incəsənət xadimləri və şəhər ictimaiyyəti iştirak edib. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Kamran Quliyev deyib ki, kollektivimiz yeni mövsümdə tarixi keçmişimizi, bugünkü inkişafımızı əks etdirən əsərlərə müraciət edəcək. Tədbirdə M.F.Axundovun “Lənkəran xanının vəziri”, M.S.Ordubadinin “Beş manatlıq gəlin”, Ə.Əsgərovun “Qız atası” tamaşalarından parçalar nümayiş etdirilib.
   Qeyd edək ki, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə C.Məmmədquluzadənin “Çay dəsgahı”, Naxşıvan Dövlət Uşaq Teatrı isə B.İsgəndərlinin “Meşə əhvalatı”tamaşaları ilə başlayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar