Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) beynəlxalq teatr festivalında növbəti mükafat qazanıb. Belarusun Brest şəhərində 7 gün davam edən “Belaya veja” XV Beynəlxalq festivalda Azərbaycanı təmsil edən Gənc Tamaşaçılar Teatrı “Ən yaxşı mono-tamaşa” nominasiyasında mükafata layiq görülüb. Teatra mükafat Patrik Zyuskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya görə verilib.
   Teatr bu festivalda artıq iki ildir ki, iştirak edir. 16 ölkənin qatıldığı tədbirdə Gənc Tamaşaçılar Teatrının göstərdiyi mono-tamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edib. Tamaşaya quruluşu Xalq artisti, mərhum rejissor İrina Perlova verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar