Sentyabrın 26-da Opera və Balet Teatrında “Üzeyir Hacıbəyli-125” beynəlxalq musiqi festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş etdirilib. Şərqin və müsəlman aləminin ilk opera tamaşası, 102 ildir ki, teatrın repertuarında möhkəm yer tutan “Leyli və Məcnun” Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda tamaşaçılara təqdim olunub.
   Məşhur səhnə əsərinin quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılov, xormeysteri Sevzixan Sərdarov, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir. Baş rollarda Əməkdar artist Gülyaz Məmmədova və teatrın gənc solisti Səbuhi İbayev çıxış ediblər. Tamaşaçılar opera sənətimizin incisi “Leyli və Məcnun”u həmişəki kimi böyük maraqla izləmiş, yaradıcı heyəti alqışlarla qarşılamışlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar