Noyabrın 7-dən 12-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Beynəlxalq forum prezident İlham Əliyevin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən keçirilir. Proqramda Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına və Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi həvalə olunub.
Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulub. Ölkəmizdə ilk dəfə keçiriləcək beynəlxalq konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var.
Konfrans çərçivəsində Kanadanın teatr tənqidçisi Mişel Vais, ABŞ-dan teatr rəssamı İosif Yusupov, teatr tənqidçisi Piter Qoldfarb, teatr geyimi üzrə mütəxəssis İrina Krujilina, plastika üzrə mütəxəssis Roberto Varea, dramaturgiya və vokal ifaçılığı üzrə Rut Maqraffın məruzələri dinləniləcək. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən, bu cür beynəlxalq elmi-praktik konfransların iki ildən bir keçirilməsi nəzərdə tutulur.
Bakı Beynəlxalq Teatr Konfransının proqramı
(7-12 noyabr 2010-cu il)
7 noyabr, bazar
Konfrans iştirakçılarının gəlişi, qarşılanma.
14:00 Gəzinti, şəhərlə tanışlıq.
Tamaşalar:
19:00 M.Zadornov «Ər almaq istəyirəm»
Dövlət Rus Dram Teatrı
19:00 U.Şekspir «Otello»
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
19:00 N.Qəribova «Adsız»
Dövlət Pantomima Teatrı
8 noyabr, bazar ertəsi
Seminarlar
10:00-11:45 Teatr tənqidi: Mişel Vais (Kanada)
Akademik Milli Dram Teatrı (Kiçik səhnə)
10:00-12:00 Teatr rəssamlığı: İosif Yusupov (ABŞ)
Akademik Milli Dram Teatrı (Bədii şura
otağı)
12:00-14:00 Teatr tənqidi Piter Qoldfarb (ABŞ)
Akademik Milli Dram Teatrı (Kiçik səhnə)
12:00-14:00 Teatr geyimi: İrina Krujilina (ABŞ)
Akademik Milli Dram Teatrı (Bədii şura
otağı)
19:00 Ü.Hacıbəyli «Leyli və Məcnun»
Dövlət Opera və Balet Teatrı
9 noyabr, çərşənbə axşamı
10:00 Fəxri xiyabanda ulu öndərin qəbirüstü abidəsinin,
Şəhidlər xiyabanının ziyarəti
12:00 Konfransın rəsmi açılışı
Akademik Milli Dram Teatrı
14:00 Plenar iclas: Böyük zal
15:30 Kofe-breyk
16:00-17.30 Plenar iclasın davamı
10 noyabr, çərşənbə
10:00 Akademik Milli Dram Teatrı.
Konfransın davamı
11:30 Kofe-breyk
12:00 Konfransın davamı
14:30 Ümumi plenar iclas
16:00 Kofe-breyk
16:30-17:30 Yekun iclas. Teatr layihələrinin veb-portalının təqdimatı.
Konfransın rəsmi bağlanışı
11 noyabr, cümə axşamı
Seminarlar
10:00-12:00 Dramaturgiya Rut Maqraff (ABŞ)
Akademik Milli Dram Teatrı( Bədii şura otağı)
12:00-14:00 Plastika: Roberto Varea (ABŞ)
Gənc Tamaşaçılar Teatrı
19:00 Z.Zeynalov «Maska»
Dövlət Pantomima Teatrı
12 noyabr, cümə
10:00-12:00 Teatr alternativləri: Hip-Hop teatrı
Daniel Banks (ABŞ)
Aktyor Evi
12:00-14:00 Vokal ifaçılığı: Rut Maqraff (ABŞ)
Beynəlxalq Muğam Mərkəzi