Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə qərara alıram:
   1. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
   2. Bu sərəncamın 1-ci bəndində qeyd olunan dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.
   3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
   4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
   
   İlham ƏLİYEV,
   Azərbaycan Respublikasının Prezidenti
   
   Bakı şəhəri, 18 may 2009-cu il
   № 277






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar