Ədalət Vəliyev: “Amerikadan Yaponiyaya qədər dünyanın tanınmış teatr xadimlərinin Bakıda toplaşması çox böyük hadisədir”
   
   Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanın müasir teatr tarixində ən yaddaqalan hadisələrdən biridir. Bu fikri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.
   
   Nazir müavini son illər Bakı şəhərində teatr binalarının əsaslı təmir olunduğunu nəzərə çatdıraraq qeyd edib ki, bütün bu işlər bir-birini tamamlayır: “Azərbaycan teatrında sürəkli islahatların aparılması, maddi-texniki bazasının yenilənməsi fonunda bu konfrans gözlənilən tədbir idi. Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişaf öz təsirini mədəniyyət sahəsində də göstərir. O cümlədən mədəniyyətin mürəkkəb bir qolu olan teatr sahəsində də bu proses baş verir”.
   Nazir müavini qeyd edib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən, beynəlxalq teatr konfransı iki ildən bir keçiriləcək: “UNESCO-nun nəzdində fəaliyyət göstərən teatr institutları da bu tədbirə qoşulublar. Mədəniyyətin bu sahəsi ilə məşğul olan bütün yaradıcı ittifaqlar bu görüşlərə cəlb olunub. Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış teatr simaları var. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqləri də keçirilir. Treninqlər 8 istiqamət üzrə aparılır. 200-ə qədər teatr sahəsində çalışan azərbaycanlı bu treninqlərdə iştirak edəcəklər. Amerikadan Yaponiyaya qədər dünyanın tanınmış teatr xadimlərinin Bakıda toplaşması, əlbəttə ki, çox böyük bir hadisədir”.
   Dünya təcrübəsində teatrların fəaliyyətindən söz açan nazir müavini bildirdi ki, inkişaf etmiş ölkələrdə belə dövlət tərəfindən maliyyələşən böyük teatrlar vardır: “Təbii ki, özəl sektorların, bələdiyyələrin nəzdində də fəaliyyət göstərən teatrlar mövcuddur. Azərbaycanda dövlət teatrları var. İslahatlar nəticəsində özəl teatrların və yaxın illərdə bələdiyyə teatrlarının da sayı çoxalacaq. Amma qeyd etməliyəm ki, özəl teatrların ömrü dövlət teatrları ilə müqayisədə az olur. Konfransda teatr iqtisadiyyatı ilə məşğul olan mütəxəssislər bu barədə danışacaqlar. Bir sözlə, konfransın əhəmiyyəti çox böyükdür. Bütün istiqamətlər teatrımızın inkişafı üçün nəzərdə tutulub”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar