Dünya Teatr Assosiasiyası Azərbaycanda öz nümayəndəliyini açmaq istəyir. Bunu I Bakı Beynəlxalq Teatr Festivalında iştirak edən Dünya Teatr Tənqidçiləri Assosiasiyasının katibi, kanadalı teatr tənqidçisi Mişel Vais deyib. Mütəxəssis bildirib ki, təmsil etdiyi assosiasiya 55 il öncə yaradılıb və hazırda bir çox ölkələrdə nümayəndəlikləri var. O, səfər çərçivəsində assosiasiyanın Azərbaycanda nümayəndəliyinin yaradılması ilə bağlı danışıqlar aparıb: “Assosiasiya həm gənc, həm də orta yaşlı teatr tənqidçilərini əhatə edir. Gənc tənqidçilərə xüsusi maraq ayrılır. Çox istərdik ki, Azərbaycanda assosiasiyamızın nümayəndəliyini açaq”.
   Kanadalı qonaq Azərbaycanda keçirilən beynəlxalq konfransı yüksək qiymətləndirib və Bakıda ilk dəfə olmasına baxmayaraq, şəhəri çox sevdiyini dilə gətirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar