“Günay” Uşaq Teatrı noyabrın 20-21-də Həştərxanda keçirilmiş “Xorovod drujbı” I Beynəlxalq uşaq və gənclər yaradıcılığı müsabiqə-Festivalında uğurla çıxış edib. Teatrın direktoru və baş rejissoru Larisa Tarusova bildirib ki, 6 ölkədən 43 kollektivin iştirak etdiyi tədbirdə teatr iki nominasiyada çıxış edib.
   Xoreoqrafiya üzrə müsabiqədə Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasından səhnəcik göstərilib, vokal üzrə Əli Əliyev, bek-vokal üzrə isə Samirə Muradəliyeva, Aytən İsmayılova, Yuliya Smanova çıxış ediblər. Kollektiv xoreoqrafiya nominasiyasında diploma, vokal nominasiyasında isə ikinci dərəcəli laureat adına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar