Prezident İlham Əliyev iyunun 1-də Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, yarım əsrdən artıq dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, Mikayıl Hüseynovun 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.