İyunun 10-da Muzey Mərkəzində “Bakı-2015” I Avropa Oyunları münasibətilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə görkəmli fırça ustalarının Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda olan əsərləri yer alacaq. Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və s. kimi görkəmli rəssamlar var.
Sərginin təşkilində əsas məqsəd Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda illər ərzində toplanmış, böyük bədii dəyərə malik olan əsərlərin yerli tamaşaçıların və xarici qonaqların diqqətinə təqdim etməkdir.
XX əsr Azərbaycan incəsənətinin tarixinə nəzər salsaq görərik ki, rəssamlarımızın xaricə, o cümlədən Avropa ölkələrinə yaradıcılıq səfərlərinin yekunu olaraq Bakıda təşkil olunan hesabat sərgiləri əsl sənət bayramına çevrilirdi. Rəssamlar bu səfərlərdə böyük əsərlərin yaradılması üçün vəsilə, ilkin material rolunu oynayan etüdlərlə geri dönürdülər.
"Avropa haqqında düşüncələr" layihəsində təqdim olunan əsərlər son 20 ildə demək olar ki, heç bir sərgiyə çıxarılmayıb. Bu əsərlər ayrı-ayrı müəlliflərin sərgisində nümayiş olunsa da, uzunmüddətli fasilədən sonra müxtəlif rəssamların əl işlərinin vahid kolleksiyası kimi geniş auditoriyaya təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar