2015-ci il 16-18 sentyabr tarixində IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
Siz sərgi-yarmarkada nəşriyyatınız tərəfindən buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqsınız. 

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında stend sahəsi (6 kvadratmetrədək) və avadanlıqları iştirakçılara pulsuz olaraq veriləcəkdir.

Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə edə bilərsiniz (nrtis@mct.gov.az)
IV Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat 15 avqust 2015-ci il, ərizə-müqavilə isə 1 sentyabr 2015-ci il tarixə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir (Ünvan: AZ1000, Bakı ş., Ü.Hacıbəyli küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks: 493-56-05).
Sərgi barədə bütün məlumatları www.mct.gov.az və www.bakubookfair.com saytından əldə etmək mümkündür.
Sizi IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka dəvət edirik.

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar