Dövlət “Yuğ” Teatrı yaxın vaxtlarda bir neçə yeni tamaşanı teatrsevərlərə təqdim edəcək. Hazırda teatrda tamaşaların məşqləri aparılır. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, rejissor Gümrah Ömər iki yeni tamaşa üzərində işə başlayıb. Bu tamaşalardan biri A.B. Kasaresin «Qəbir qazma üsulu» əsəri əsasında hazırlanır. Bu günlərdə tamaşanın məşqləri başlanacaq. Dövlət sifarişi ilə hazırlanacaq tamaşada teatrın aparıcı aktyorları iştirak edəcək.
   Digər bir səhnə əsəri A.P.Çexovun «Qağayı» pyesi əsasında hazırlanacaq. «Qağayı» “Yuğ” teatrında Çexov dramaturgiyası əsasında hazırlanan beşinci tamaşa olacaq.
   Qeyd edək ki, “Yuğ” teatrında bunlarla yanaşı H.Vidadi İsmayılın «Şair olmaq istəmirəm…» tamaşası ilə Vaqif İbrahimoğlunun quruluş verdiyi «Diogenin çəlləyi» tamaşalarının məşqləri də aparılır.
   Gülər