Oktyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ISESCO-nun Baş konfransının və İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin toplantısı olub. Qurumun 12-ci Baş konfransı və İcraiyyə Şurasının 35-ci iclası 23-27 noyabr tarixlərində keçiriləcək.
İclasda tədbirin keçiriləcəyi məkan, iştirakçıların sayı, onların yerləşdiriləcəyi mehmanxanalar, qonaqlar üçün təklif olunacaq mədəni proqram, tədbirin texniki təchizatı və ümumilikdə hazırlıqla əlaqədar digər məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edilib ki, bu nüfuzlu tədbirin Bakıda keçirilməsi Azərbaycanın islam ölkələri və ISESCO ilə mövcud olan sıx əməkdaşlığın və dövlətimizə göstərilən yüksək etimadın nəticəsidir.
Əbülfəs Qarayev vurğulayıb ki, ölkə başçısı İlham Əliyev islam dünyası ilə münasibətlərin inkişafına böyük önəm verir və bu konfrans əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 23 sentyabr 2015-ci il tarixli sərəncamı ilə sözügedən tədbirlərin təşkili ilə bağlı Tədbirlər Planı təsdiqlənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar