Prezident İlham Əliyev oktyabrın 14-də görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, bu il Azərbaycan professional teatrının banilərindən biri, aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun 150 illiyi tamam olur. Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirmiş və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaratmışdır. Onun sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilmişdir.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Cahangir Zeynalovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar