Son illər bölgələrimizin mədəni mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika, beynəlxalq səviyyəli festivallar keçirilir, bir çox şəhərlər müxtəlif meyarlara görə mədəniyyət paytaxtları seçilir. Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı layihəsi həyata keçirilir. İl ərzində Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki, Şəmkir və Xaçmazın mədəniyyət kollektivlərinin proqramları paytaxtın tamaşa salonlarında təqdim olunub.
Nazirlik tərəfindən "Paytaxtdan bölgələrə" adlı Azərbaycan milli mədəniyyəti və incəsənətinin bütün sahələrini əhatə edən yeni layihənin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sənət incilərinin bölgələrdə nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etməkdir.
İlk tədbir olaraq 2015-ci ildə "Azərbaycanın Ədəbiyyat Paytaxtı" elan edilmiş Şamaxı şəhərində "Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri" adlı sərgi keçiriləcək. Sərginin açılış mərasimi 29 oktyabrda Şamaxıdakı Heydər Əliyev Mərkəzində gerçəkləşəcək.
Sərgidə görkəmli rəssamlar Səttar Bəhlulzadə, Tahir Salahov, Nəcəfqulu, Mikayıl Abdullayev, Oqtay Sadıxzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçıları Nizami, Xaqani, Füzuli, Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli, Mirzə Şəfi, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar