Prezident İlham Əliyev noyabrın 24-də Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2015-ci ilin dekabr ayında Azərbaycanda ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş Redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976-1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, xalqımızın tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək Milli Ensiklopediyanın “Azərbaycan” xüsusi nəşri və beş cildi artıq işıq üzü görüb, növbəti cildlər üzərində mütəmadi iş aparılır.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Ensiklopediyanın 50 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb keçirmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar