Fevralın 15-də Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Sərəncamlardan biri yarışlarla bağlı ölkəmizə gələcək qonaqlar üçün viza prosedurlarının sadələşdirilməsi haqqındadır. Sərəncamda viza verilməsi üçün əsas hesab edilən sənədlər, viza almaq üçün müraciətlərin müddətləri müəyyənləşdirilib, müvafiq qurumlara Avropa çempionatının final mərhələsi ilə əlaqədar ölkəmizə gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamında 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıqlar verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar