Abdulla Şaiqin mənzil-muzeyində tədbir
Fevralın 18-də Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq -135. Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçiriləcək. Muzeydən bildirilib ki, tədbirin keçirilməsində məqsəd Abdulla Şaiq yaradıcılığını tanıtmaq, ədibin də uzun illər təbliğ etdiyi ana dilimizi yetişməkdə olan gənc nəslə aşılamaqdır.
Tədbirdə Abdulla Şaiq haqqında çıxışlar olacaq, şeir və mahnılar səslənəcək, ədibin “Tülkü həccə gedir” və “Yaxşı arxa” mənzum nağılları əsasında hazırlanan tamaşalar göstəriləcək.