“XX əsrin faciəsi - Xocalı” tablosunun təqdimatı olacaq
Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq. Muzeydən bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamına uyğun olaraq keçiriləcək tədbirdə Əməkdar rəssam Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı olacaq.
Həmçinin tədbirdə “Günay” Uşaq Teatrı tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.