Fevralın 17-də “Innovative Interfaces Global LTD” şirkətinin biznesin təşkili üzrə müdiri Nabil Saadallah M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Kitabxanadan bildirilib ki, səfərin məqsədi Milli Kitabxanada istifadə olunan VTLS-Virtual kitabxana sisteminin perspektivləri ilə tanış olmaq, həmçinin innovativ yeniliklər və gələcəkdə həyata keçiriləcək layihələr barəsində fikir mübadiləsi aparmaqdan ibarətdir.
Qonaq kitabxanadakı mövcud sistemlə bağlı işçi heyətin üzləşdiyi hər hansı problemlərin olub-olmadığı ilə maraqlanıb, yeni sistem olan “Sierra” və “Vital” proqramlarına keçid barədə ətraflı məlumat verib. Hər iki proqramın dünyanın 1000-dən artıq kitabxanasında (ABŞ, Kanada, İsveçrə, Türkiyə, Polşa, Çin, Rusiya, Malayziya və digər Şərqi Afika ölkələri) müvəffəqiyyətlə tətbiq olunduğu diqqətə çatdırılıb.
Kitabxananın direktoru Kərim Tahirov yeni sistem olan “Sierra” və “Vital” proqramlarına keçid barədə ətraflı düşünüb daha sonra qərar veriləcəyini qonağın nəzərinə çatdırıb. Qonağa müxtəlif kitablar hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar