Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin podrobno.uz portalında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Qobustan haqqında məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Qobustanda üzərində günəş təsvirləri olan qayıq rəsmləri insanı 15 min il əvvələ - yuxarı paleolit dövrünə aparır. Azərbaycan tarixinin daş yaddaşı Qobustan ölkəni dünyada tanıdan ən qədim kitabədir. Qavaldaş haqqında yazan müəllif bildirir ki, qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir və buradakı qayalarda qədim Azərbaycanın “Yallı” rəqsindən səhnələr təsvir olunub.
Bildirilir ki, məşhur norveçli alim-səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməyib. O, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadlarının vaxtilə Qobustan ərazisində yaşaması, sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getməsi barədə fikirlər irəli sürüb.
Məqalədə qeyd edilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra mədəni irs nümunələri kimi Qobustan tarixi-bədii qoruğu da 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar