Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 753 nömrəli fərmanı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə bəzi dəyişikliklər olunub. Dəyişikliklərə əsasən kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə nəzərdə tutulub.
Müvafiq qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.
Sözügedən qərar mətbuatda və sosial şəbəkələrdə bəzi mübahisəli fikirlərin meydana gəlməsinə səbəb olub. Bu məqamlara aydınlıq gətirmək məqsədilə fevralın 24-də Nizami Kino Mərkəzinin Mətbuat Klubunda KİV nümayəndələri üçün brifinq təşkil olunacaq.