Fevralın 13-də Moskvanın Y.Kolobov adına Yeni Opera Teatrının səhnəsində görkəmli rus opera müğənnisi Fyodor Şalyapinin 140 illik yubileyi münasibətilə “Knyaz İqor” operası nümayiş etdirilib. Tamaşada əsas rollardan birini - Konçak xanı Azərbaycanın Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov ifa edib.
   Konçaq xan “Knyaz İqor” operasının mürəkkəb və koloritli obrazlarından biridir. F.Şalyapin 1933-cü ildə Parisin “Şatle” teatrının səhnəsində bu obrazı böyük məharətlə yaradıb. Konçak xan Azərbaycan müğənnisinin ifasında da hərarətlə qarşılanıb. Əli Əsgərov İrina Arxipova Fondunun himayəsi ilə keçirilən “XX əsrin bas səsləri” art layihəsinin iştirakçısıdır.