Fevralın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yeni Azərbaycan Partiyası universitet qadınlar şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
   Universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova və YAP universitet qadınlar şurasının sədri Salatın Əhmədli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları və keçmiş sovet ordusunun 366-cı alayının əliyalın azərbaycanlılara qarşı törətdikləri soyqırımından söhbət açıblar.
   Tədbirdə şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş etdirilib. Tamaşanın rejissoru Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrının rəhbəri Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar