Mədəniyyət və Turizm Nazirliyi fotomüsabiqə elan edir

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.
Forumun keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi Bakının mədəni müxtəliflik və tolerantlıq məkanı olmasını əks etdirən fotosərgi təşkil etməyi planlaşdırır. Sərgidə Bakıda yaşayan və şəhərin qonaqları olan müxtəlif millətlərin nümayəndələrinin fotoportretləri və onların haqqında qısa məlumatın təqdim olunması nəzərdə tutulur. Məlumatda fotoportret qəhrəmanlarının Bakıya gəlmə tarixçələri, hazırda nə işlə məşğul olduqları və bu şəhər haqqında təəssüratları əks olunmalıdır.
Tədbirlə əlaqədar açıq müsabiqə elan olunur və peşəkarlarla yanaşı, gənc və həvəskar fotoqraflar da iştirak etməyə dəvət olunur.
İştirakçılardan fotolar ilə yanaşı əlaqə vasitələri (telefon, e-mail) və özləri haqqında qısa məlumatı museum@museumcenter.az ünvanına göndərmələri xahiş olunur.
Sərgi üçün seçilmiş əsərlər böyük formatda (təxminən 1.80m x 1.40m ölçülərində) çap olunaraq Bakının möhtəşəm ictimai məkanlarından birində 3000 əcnəbi qonaq qarşısında nümayiş olunacaq. Sərgilənən hər bir fotoşəklin müəllifinə 100 AZN ödəniləcək.
Yekunda Forumun qonaqları arasında aparılan səsvermə nəticəsində müsabiqənin üç qalibi müəyyən olunaraq mükafat və qiymətli hədiyyə ilə təltif ediləcək.
Ərizələrin təqdim edilməsi üçün son müddət 1 aprel 2016-cı il.

Əlaqə:
Muzey Mərkəzi
Telefon: +994 12 493 58 83
Faks/tel: +994 12 493 72 87
E-mail: museum@museumcenter.az
www.museumcenter.az
İş saatı: bazar günü istisna olmaqla hər gün saat 10.00-18.00
Məsul şəxs: Samirə Nuriyeva, Sərgi Qalereyası ekspozisiyasının müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar