Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dörd yeni səhnə əsəri hazırlanır. Yaradıcı kollektiv teatrsevərlərə Gümrah Ömərovun quruluşunda Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” və İftixar Piriyevin “Dan yeri söküləndə” əsərlərini, rejissor Əsgər Əsgərovun quruluşunda Əziz Nesinin “Taxtalı kənddən məktublar” və Əməkdar incəsənət xadimi Vaqif Şərifovun hazırlayacağı Marat Haqverdiyevin “Üç dəniz əfsanəsi” əsərlərini də təqdim edəcək.
Artıq tamaşalardan birinin məşqlərinə başlanılıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin “Dan yeri söküləndə” əsərinin məzmunu maraqlı və düşündürücüdür. Hadisələr Qafqaz ölkələrinin birində, ucqar dağ kəndində baş verir. Bir kəndin modeli üzərində qurulan proseslərdə məlum olur ki, insanları dəfn etmək üçün qəbiristanda artıq yer yoxdur. Kənd əhalisi isə yeni qəbiristan əldə etmək üçün torpaq sahəsi istəyir. Belə bir yer üçün əslində heç bir problem olmamalıdır. Amma məlum olur ki, problemlər var... Səhnə əsərinin premyerası aprelin sonuna nəzərdə tutulub.