Aprelin 28-də Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası olacaq. Kollektiv bu tamaşanı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edib. Tamaşada Xalq artisti Samir Cəfərov Koroğlu, gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva isə Nigar partiyasını ifa edəcəklər. Operada həmçinin Azərbaycanın xalq artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, habelə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev və digərləri çıxış edəcəklər. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.
   
   Lalə Azəri