Fevralın 22-də Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri arasında mədəni irsin qorunması ilə bağlı əməkdaşlıq çərçivəsində Ankarada görüş keçirilib. Görüşdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli iştirak ediblər.
Görüş zamanı mədəni irsin qorunması üzrə strukturun forması, mövcud normativ və hüquqi sənədlərin hazırlanması, abidələrin bərpası və qorunması üzrə görülən işlər, gənc mütəxəssislərin hazırlanması və s. məsələlər üzrə fikir mübadiləsi aparılıb. Z.Sultanov və T.Kərimli yerli mütəxəssislərlə birlikdə Ankaradakı tarix və mədəniyyət abidələrinə, muzeylərə, tədqiqat laboratoriyalarına baxış keçirib, mədəni irsin bərpası üzrə aparılan işlərlə tanış olublar.
Gənc mütəxəssislərin hazırlanması, mədəni irsin qorunması və bərpası üzrə təcrübə mübadiləsinin aparılması və belə görüşlərin davam etdirilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar