Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə türk dünyasının qədim mədəniyyət mərkəzlərindən biri olan Konya şəhərində 9 ölkənin teatrlarının iştirakı ilə “Min nəfəs, bir səs” adlı 6-cı beynəlxalq teatr festivalı keçirilir. Aprelin 14-də başlanan festivalda ölkəmizi böyük dramaturq M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ilə Gəncə Dövlət Dram Teatrı təmsil edir.
Konyalılara Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya Federasiyasının Dağıstan və Kabardin-Balkar respublikaları, Makedoniya, Bolqarıstan, Şimali Kipr, İraq teatrlarının tamaşaları təqdim olunacaq. Festival aprelin 24-dək davam edəcək.
Bundan əvvəl keçirilmiş beş festivalda 35 ölkədən 69 teatr kollektivi iştirak edib.