Mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli qazax bəstəkarı, SSRİ Xalq artisti, professor Erkeqali Raxmadiyevin “Alpamış” operasının premyerası keçiriləcək. Opera TÜRKSOY-un türkdilli ölkələrin ən yaxşı opera tamaşalarının təbliği ilə bağlı xüsusi layihəsi çərçivəsində səhnələşdirilir. Məşhur qazax dastanının motivləri əsasında yazılmış əsərdə xalqın azadlığı uğrunda mübarizəsi əks olunur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulacaq tamaşada teatrın bir sıra istedadlı solistləri - Əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt və başqaları çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri gənc və istedadlı dirijor Əyyub Quliyevdir.