Uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, metodiki köməklik göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerlərdə ustad dərsləri təşkil edilir. 2015-ci il ərzində şəhər və rayonlarda ümumilikdə 77 məktəbin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri keçirilib.
Bu işin davamı olaraq fevralın 23-də Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri təşkil edilib. Dərsləri Bakı şəhər C.Qaryağdıoğlu adına 9, L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik və 11 nömrəli musiqi məktəblərinin, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təcrübəli müəllimləri aparıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar