Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 12-dən 19-dək Türkiyənin Dənizli şəhərində keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb. Teatr festivalda tanınmış alman yazıçısı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış “Kontrabas” adlı monotamaşası ilə çıxış edəcək.
Tamaşada kontrabasçı rolunu Əməkdar artist Şövqi Hüseynov ifa edir. Həmin tamaşa bu ilin aprel ayında Kolombo II Beynəlxalq teatr festivalında əsas mükafata layiq görülüb.