Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux ilə görüşüb.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyi ilə Berlin Humboldt Universiteti arasında əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb. Nazir müavini Azərbaycanla Almaniya arasında mədəniyyət və turizm sahəsində istər ikitərəfli müstəvidə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illiyinin 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində qeyd olunması barədə Azərbaycanın təşəbbüsü ölkələrimiz və xalqlarımız arasında qədim tarixə malik əlaqələrin daha bir göstəricisidir.
Eva Maria Aux UNESCO-da qeyd ediləcək yubiley tədbirlərində yaxından iştirak edəcəyini qeyd edərək, Azərbaycanda mövcud olan tolerantlıq mühitinin Almaniyada tanıdılması istiqamətində müvafiq iş aparıldığını deyib.
O, Azərbaycanda yaşamış almanların nəslinin nümayəndəsi olaraq almanların məskunlaşdığı ölkələr sırasında Azərbaycanın bu irsə xüsusi ehtiramla yanaşmasını ölkəmizin multikultural dəyərlərə sadiqliyinin göstərici olduğunu vurğulayıb.
Görüşün sonunda qonaq nazir müavininə almanların Azərbaycanda məskunlaşmasına həsr edilmiş kitabı təqdim edib və bu istiqamətdə tədqiqat işlərinin davam etdiriləcəyini bildirib.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar