Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operasının tamaşası olacaq. Tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belarus və Gürcüstandan dəvət olunmuş vokal ifaçıları da çıxış edəcəklər.
   Aida rolunu Belarus Akademik Milli Böyük Opera və Balet Teatrı və Rusiyanın Böyük Teatrının solisti Anastasiya Moskvina, Radames rolunu Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, Amonasro partiyasını isə Gürcüstanın Əməkdar artisti, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Sulxan Qvelesiani ifa edəcək.
   Tamaşada Azərbaycanın opera sənətçiləri - Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Səbinə Vahabzadə, Gülnaz İsmayılova və başqaları da rol alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar