Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi respublikanın bölgələrinə qastrol səfərinə çıxacaq. Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində kollektiv iyulun 1-dən 7-dək Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarında M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası ilə çıxış edəcək.
Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edəcək.
Yaradıcı heyət 85-ci teatr mövsümünü iyulun 6-da Sabirabad rayonunda başa vuracaq.