![](/img/news/700x420/11176.jpg)
ABŞ vətəndaşı Uilyam Keytin turist qismində kəndə gəlişi buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını axtarmaqdır.
Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Baş rolu gənc aktyor Emin Fərzullayev ifa edir. Digər rollarda Əməkdar artist Sücəddin Mirzəyev, teatrın aparıcı aktyorları Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış edirlər.