Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış yeni tamaşanın premyerası olub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi əsərdə hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir.
   ABŞ vətəndaşı Uilyam Keytin turist qismində kəndə gəlişi buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını axtarmaqdır.
   Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Baş rolu gənc aktyor Emin Fərzullayev ifa edir. Digər rollarda Əməkdar artist Sücəddin Mirzəyev, teatrın aparıcı aktyorları Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış edirlər.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar