Fevralın 25-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin rəhbər heyətinin iştirakı ilə iclas keçirilib. İclasda digər məsələlərlə yanaşı “Müasir mədəniyyətşünaslıq” jurnalının nəşrinə başlanması ətrafında müzakirələr aparılıb.
Mərkəzin direktoru Asif Usubəliyev jurnalın gələcək forma və məzmunu haqqında söz açıb, bu istiqamətdə qarşıda duran vəzifələrdən bəhs edib.
Elmi katib H.İbrahimov “Müasir mədəniyyətşünaslıq” jurnalında dövlət mədəniyyət siyasətinin daha əhatəli və yeni elmi əsaslarla təbliği üsullarından danışaraq bildirib ki, fundamental yazılarla yanaşı, nəşr sahənin təbliğinə də xidmət etməlidir.
“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun ideya və təkliflərinin də jurnalda nəzərə alınması barədə fikirlər səsləndirilib. Jurnalın nəşri ilə bağlı işçi qrupunun formalaşdırılması qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar