Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrol səfərinə yola düşüb. Teatrdan verilən məlumata görə, kollektiv ənənəvi olaraq yay məzuniyyətinə çıxmazdan əvvəl bölgələrdə yaşayan tamaşaçıların görüşünə gedib. Yaradıcı heyət M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” komediyası ilə Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarına səfərə çıxıb.
Tamaşa Şamaxı, Ağsu, Kürdəmir və Ucar rayonlarında nümayiş etdirilib. Əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edirlər.
Gənc Tamaşaçılar Teatrı özünün 85-ci teatr mövsümünə iyulun 6-da Saatlı rayonunda yekun vuracaq. Qastrolun yekun günündə sənətsevərlərlə görüşdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov da iştirak edəcək.