Azərbaycan Dövlət Opera və Balet Teatrı Almaniya səfərindən qayıdıb. Teatrın kollektivi Bavariya opera sənəti festivalının qrand-final konsertində iştirak edib. Konsertdə Cavanşir Cəfərovun dirijorluğu ilə Q.Qarayev, F.Əmirov və M.Musayevin əsərləri, o cümlədən digər klassik və bəstəkar musiqiləri ifa olunub. Teatrdan onu da bildiriblər ki, sentyabrın əvvəlindən etibarən Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə yeni teatr mövsümünün açılışı olacaq.