Sentyabrın 7-də ABŞ-ın Los-Anceles şəhərinin “Dorothy Chandler Pavilion” opera teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdiriləcək. Tamaşa operettanın 100 illik yubileyinə həsr olunub.
Səhnə əsərinin bəstəkar və prodüseri amerikalı Maykl Şnakdır. O, 2006-cı ildə “Arşın mal alan”ı Vyanada uğurla səhnələşdirib. Operettada bütün rolları amerikalı opera müğənniləri ifa edəcək. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Musiqini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək. “Arşın mal alan” ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formada ilk dəfə səhnələşdirilir.