Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə oktyabrda ikinci dəfə “2+1” adlı eksperimental teatr festivalı keçiriləcək. Festivalın məqsədi ölkə teatrlarında fəaliyyət göstərən rejissor, aktyor, rəssam və bəstəkarların teatr sahəsində yaradıcılıq potensialını maksimum üzə çıxarmaq, eksperimentlərə geniş meydan açaraq gənclərə daha çox imkan yaratmaq və bununla da milli teatr prosesində canlanma yaradıb, onun inkişafına yardımçı olmaqdır. Ölkəmizdə fəaliyyət göstərən bütün teatrlar festivalda hazırladıqları yeni tamaşalarla iştirak edə bilərlər.