Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Dağıstanın Mahaçqala şəhərində yaradıcılıq ezamiyyətində olub. O, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə iki ildən bir keçirilən Qafqaz teatr rejissorlarının sənət laboratoriyasında iştirak edib.
Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçirilən rejissor laboratoriyasında dünya teatr prosesində baş verən yeniliklər, teatrlararası təcrübə mübadiləsi haqqında diskussiyalar aparılıb. Bəhram Osmanovun “Azərbaycan teatrının bu günü” mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.