Azərbaycan Dövlət Rus Dram Teatrı kollektivinin Moskvaya qastrol səfəri başa çatıb. Teatrın yaradıcı heyəti Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində litvalı rejissor Yonas Vaytkusun Nizami Gəncəvinin eyniadlı poeması əsasında quruluş verdiyi “Yeddi gözəl” tamaşasını və Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini nümayiş etdirib.
   Xatırladaq ki, kollektiv 2012-ci ilin iyununda “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə Moskvada "Et Cetera" teatrında qastrol səfərində olub.