Mədəniyyət və Turizm Nazirliyi dünyanın aparıcı xəbər kanallarından olan, 150-dək ölkədə 300 milyondan çox auditoriyaya malik “Euronews” və CNN kanalları ilə uğurlu əməkdaşlığı davam etdirir.
2016-cı il ərzində CNN kanalında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bununla yanaşı, “Euronews” kanalında reklam çarxlarının, “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışların nümayişi, habelə Euronews.com saytında elektron banner kampaniyalarının təşkili planlaşdırılır.
“Euronews” və CNN kanalları ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın əsas məqsədi təkcə kanalların auditoriyasını Azərbaycana turist qismində cəlb etmək deyil, həmçinin beynəlxalq tədbirlərin keçirilməsində ölkəmizin uğurları, bütün sahələrdə, o cümlədən iqtisadi və mədəni həyatın inkişafı ilə bağlı dünya auditoriyasını məlumatlandırmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar