Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti “Naxçıvan tarixi” üçcildliyini 2016-cı il üçün elan edilən Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar qəbul edib.
AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanan monoqrafik tədqiqatda Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan diyarının çoxəsrlik tarixi və müasir inkişafı əksini tapıb. Nəşrin hazırlanmasında arxeoloji qazıntıların nəticələrindən, arxiv sənədlərindən, nadir yazılı və etnoqrafik mənbələrdən, dövri mətbuat materiallarından istifadə olunub. Naxçıvanda daş dövründən başlayaraq inkişaf edən proseslər, burada ilk insan məskənləri və ilkin şəhərsalma, boyalı qablar mədəniyyəti və sosial-iqtisadi münasibətlər, regionda duzçıxarmanın tarixi və əhəmiyyəti kimi məsələlərin təqdimatında müasir tarixşünaslıq elminin reallıqları əksini tapıb. Tədqiqatda Naxçıvan əhalisinin etnik tərkibinə, burada etnik-mədəni proseslərə, ilkin dini inanclara da geniş yer verilib.
Ümumi həcmi 19 fəsildən və 1.536 səhifədən ibarət olan “Naxçıvan tarixi” üçcildliyində 30-dan çox xəritə verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar