Məlum olduğu kimi, 2015-ci ilin 23-25 noyabr tarixlərində Bakıda keçirilmiş İSESCO Baş Konfransının 12-ci sessiyasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. Quruma sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, təşkilat ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında 14 yanvar 2016-cı il tarixli sərəncam imzalanıb. 25 yanvar 2016-cı il tarixində Milli Komissiyanın ilk toplantısı keçirilib.
Sərəncamın icrası və Milli Komissiyanın fəaliyyətinin təşkili məqsədilə İSESCO 12-ci Baş Konfransının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Katibliyi funksiyasının yerinə yetirilməsi nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə həvalə edilib. Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESCO-nun İcraiyyə Şurasının üzvü Vasif Eyvazzadə İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi təyin edilib.
Həmçinin qərara alınıb ki, Komissiyanın katibliyi İSESCO katibliyi ilə əlaqələndirmə işini həyata keçirsin, Komissiyanın ildə iki dəfə toplantısını təşkil etsin və onun tərkibinə daxil olan digər qurumlarla birgə 2016-2018-ci illər üçün Tədbirlər planının hazırlanmasını təmin etsin.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar