Kitaba və mütaliəyə marağı təşviq etmək məqsədilə videoçarx və qısametrajlı filmlər çəkiləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fevralın 19-da Sumqayıt şəhərində vətəndaşlarla görüşü zamanı kinoaktyor Ruslan Sabirli tərəfindən kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi məqsədilə Azərbaycanda ilk Buktreyler Festivalının keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.
Təşəbbüs Əbülfəs Qarayevin marağına səbəb olmuş və festivalın keçirilməsinə kömək məqsədilə nazirlikdə kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirilmişdir. Nazir müşavirədə bu təşəbbüsü bəyəndiyini bildirmiş və festivalın cəmiyyətimizə, o cümlədən ölkə gəncliyinə verə biləcəyi töhfələrdən bəhs etmişdir. Kinoaktyor Ruslan Sabirli festivalın məqsəd və vəzifələri, keçirilmə qaydaları və bunun üçün ehtiyac duyulan dəstək barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişdir.
Müşavirədə festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və s. məsələlər müzakirə olunmuşdur.
İşlərin qəbul tarixinin 10 aprel 2016-cı il tarixinədək uzadılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilmişdir.
Nazir Əbülfəs Qarayev bu sadalananların gənclərin festivalda iştirakını stimullaşdırması üçün mühüm şərt hesab etdiyini söyləmiş, Mədəniyyət və Turizm Nazirliyinin festivalın keçirilməsinə lazımi təşkilati dəstək göstərəcəyini bildirərək bu məqsədlə müvafiq göstərişlər vermişdir.
* * *
Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerləri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

Festivalın məqsədləri:
kitab və mütaliənin cəmiyyətdə təbliği;
kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor və s.) üzə çıxarılması;
buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Festivalın saytı: www.booktrailer.az
Festivalın facebook səhifəsi: www.facebook.com/BooktrailerFest
İşlərin son qəbul tarixi: 10 aprel 2016-cı il
Festivalda iştirak şərtləri və buktreylerlərə olan tələblərlə bu linkdən tanış olmaq olar:

https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217

Yaranmış bütün suallarla bağlı aşağıdakı e-mail vasitəsilə müraciət etmək mümkündür:
festival2016@booktrailer.az







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar