Dekabr 18-də Azərbaycan Dövlət Rus Dram Teatrında tanınmış rus satirik yazıçısı Mixail Zadornovun "Ər almaq istəyirəm” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın yubiley nümayişi olacaq. Tamaşaya teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski quruluş verib. Məişət mövzusundan bəhs edən tamaşada kişi-qadın münasibətləri, xəyanət, maddi-mənəvi problemlər və onların acı, tragikomik nəticələri özünün səhnə həllini tapıb. Tamaşada əsas rolları Azərbaycanın Əməkdar artistləri Natalya Şarovskaya, Fuad Osmanov, aktyorlar Maria Dubovitskaya, Murad Məmmədov, Yeganə Hüseynli ifa edirlər.