Yanvar ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatrsevərləri maraqlı tamaşalar gözləyir. Yanvarın 10-da H.Həsənovun “Qürbətdən gələn məktublar”, 11-də K.Abdullanın “Şah və şair, yaxud hamı səni sevənlər burdadır” tamaşaları göstəriləcək. Kollektiv yanvarın 12-də C.Patrikin “Qocanı öldürməliyik”, ayın 14-də Elçinin “Qatil”, 15-də Ə.Əmirlinin “Şah Qacar” tamaşalarını nümayiş etdirəcək.
Teatrsevərlər yanvarın 16-da H.Mirələmovun “Gəncə qapıları”, ayın 17-də F.Bruknerin “Napoleon”, 18-də M.Vişnyakın “Qoca kloun tələb olunur” əsərlərinə baxa bilərlər.
Yanvarın 19-da İ.Əfəndiyevin “Qarabağnamə”, ayın 21-də R.Kuninin “Zorən şorgöz”, 22-də Ə.Əmirlinin “Şah Qacar” tamaşaları göstəriləcək. F.Dürrenmatt “Yaşlı xanımın gəlişi” yanvarın 23-də, Elçinin “Teleskop” əsəri ayın 24-də nümayiş etdiriləcək.
Teatrın kollektivi yanvarın 25-də V.Hüqonun “Qadın məhəbbəti”, ayın 26-da K.Abdullanın “Şah və şair, yaxud hamı səni sevənlər burdadır”, 28-də İ.Əfəndiyevin “Boy çiçəyi” əsərlərini təqdim edəcək. Elçinin “Sənətkarın taleyi” əsəri yanvarın 29-da, Əfqanın “Oliqarx”ı isə ayın 30-da göstəriləcək.